Misir Mərdanov: "Ali məktəblərin yataqxanalarındakı köçkünlər bu il köçürüləcək"

img

03-02-2010 [12:48]


Ali məktəblərin yataqxanalarındakı köçkünlər bu ildən köçürülməyə başlayacaqlar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə bu il başlanılacaq. M.Mərdanov onu da vurğulayıb ki, bütün ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünləri eyni vaxtda bu il ərzində köçürmək və yaşayış yeri ilə təmin etmək mümkün olmayacaq. ?Ona görə də bu proses mərhələli aparılmalıdır?-deyə M.Mərdanov söyləyib. Nazirin görə, əgər bu proses başlayarsa, il ərzində yalnız bir-iki ali məktəbin yataqxanasında məskunlaşan məcburi köçkünləri başqa yaşayış yeri ilə təmin etmək mümkün olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA