I ixtisas qrupu üzrə qəbul imtahanları Gəncədə keçiriləcək

img

03-02-2010 [12:40]


2010-cu ildə ali məktəblərə qəbul imtahanlarının Gəncə şəhərində də keçirilməsi nəzərdə tutulur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. TQDK sədri onu da vurğulayıb ki, hazırda TQDK-nın Gəncə şəhərindəki regional idarəsində imtahan rəhbərləri, lazımi mütəxəssislər və ekspertlər qəbul olunur, formalaşma prosesi gedir. M.Abbaszadə bildirib ki, 2010-cu ildə keçiriləcək ali məktəblərə qəbul imtahanlarında Gəncədə yalnız I ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Gəncədə I ixtisas qrupu üzrə imtahanın keçirilib-keçirilməyəcəyi daha çox həmin qrup üzrə sənəd verən abituriyentlərin sayından asılı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA