Qərib Məmmədov: "Torpaqla bağlı vətəndazların müraciətləri ciddi arazdırılır və müvafiq tədbirlər görülür"

img

02-02-2010 [03:44]


?Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasətin tənzimlənməsində əsas istehsal vasitəsi olaraq torpaqla bağlı siyasətin böyük rolu var. Bu prosesdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır?. Bu sözləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov qurumun bu gün keçirilən kollegiya iclasında deyib. Q.Məmmədovun sözlərinə görə, hazırda ölkə ərazindəki 8,6 milyon hektar torpağın 56,9 faizi dövlətə, 23,5 faizi bələdiyyələrə, 19,6 faizi xüsusi mülkiyyətə məxsusdur. O, bildirib ki, ötən il 267 bələdiyyənin mülkiyətinə aid torpaqların texniki dövlət torpaq kadastrı sənədləri hazırlanıb. Bələdiyyələrin birləşməsi ilə əlaqədar yeni qanunvericilik əsasında 1650 bələdiyyə yenidən hüquqi status alıb. Komitə sədri bildirib ki, torpaqla bağlı vətəndaşlar tərəfindən edilən müraciətlər araşdırılır və müvafiq ciddi tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA