Elmar Məmmədyarov Oman Sultanlığının xarici izlər üzrə məsul nazirini qəbul edib

img

02-02-2010 [03:00]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdullanı qəbul edib. XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanla Oman arasında sıx əlaqələrin mövcudluğunu deyən E.Məmmədyarov, münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir çox beynəlxalq səviyyəli məsələlərə dair eyni mövqedən çıxış etdiyini vurğulayan nazir, Oman Sultanlığının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirib. Yusif bin Alavi isə Azərbaycana 1992-ci ildə də gəldiyini və ötən müddət ərzində ölkədə sürətli inkişaf prosesinin getdiyini, Azərbaycanın əsl 21-ci əsr dövlətinə çevrildiyini söyləyib. O, ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək bunun iqtisadi, mədəni və digər sahələrə şamil edilməsinin vacibliyinə diqqət çəkib. Tərəflər ölkələr arındakı münasibətlərin intensivləşdirilməsi üçün əlaqələri tənzimləyən hüquqi-normativ bazanın daha da gücləndirilməsinin zəruriliyinə dair razılığa gəliblər. Görüşdə habelə iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq, xalqlararası təmasların gücləndirilməsi məqsədilə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin səmərəliliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA