ATƏT-in monitorinqi zamanı ermənilər atəzkəsi pozublar

img

02-02-2010 [02:32]


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 2-də Azərbay?an Respublikasının Tərtər rayonundan 8 km ?ənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq baş tutsa da qarşı tərəfdən atəş səsləri gəlib. Bunu Azərbaycan tərəfdə monitorinqi keçirən nümayəndələrin özləri də eşidiblər. Eyni zamanda qarşı tərəfdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçiləri də atəş səslərinin eşidildiyini təsdiqləyiblər. Lakin A.Kaspşik bu atəş səslərinin ermənilər tərəfdə olan poliqondan gəldiyini iddia edib. Borsunlu kəndi yaxınlığında olan zabitlərimiz isə atəşin təkcə poliqonda deyil, eyni zamanda qarşı tərəfin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə yönəldilərək açıldığını qeyd ediblər. Monitorinq keçirilən zaman mövqelərimizə 3 dəfə atəş açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA