Səfər Əbiyevin və Azad Rəhimovun vəzifələrindən istefa verməyi tələb olundu

img

01-02-2010 [06:22]


?Azərbaycan Milli Ordusunun Daşkəsən rayonunda yerləşən ?N? saylı hərbi hissəsində 29 yanvar 2010-cu il tarixdə dəhşətli faciə baş verib. İki əsgər hərbi hissədə iclas vaxtı qərargaha daxil olaraq yüksək rütbəli zabit heyətini güllələyiblər. Rəsmi məlumatlara görə, həmin əsgərlər sonra özlərinə də qəsd ediblər. Milli Ordumuzda tüğyan edən ?dedovşina? adlı virus barədə Müsavat Gənclər Təşkilatı əvvəllər də çox kəskin şəkildə öz etirazını bildirib. Hamımıza çox gözəl məlumdur ki, Milli Ordumuzda, bu, ilk faciəvi və çox təəssüflə qeyd etməliyik ki, sonuncu hadisə də deyil?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözlər Müsavat Partiyası Gənclər təşkilatının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, son iki ildə Müsavat Gənclər Təşkilatı Milli Orduda baş verən ?dedovşina? ilə əlaqədar bir neçə dəfə rəsmi səviyyədə öz münasibətini bildirib və bu ümummilli bəlanın həlli yönündə təkliflərini irəli sürüb: ?İrəli sürülən təkliflərdən biri də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və iştirakı ilə Gənclər Təşkilatlarından ibarət ?Orduya ictimai nəzarət? komissiyasının yaradılması təklifi olmuşdur. Təklifin verilməsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, gənclər və idman naziri Azad Rəhimov bu məsələyə səhlənkar və laqeyd münasibət bəsləməkdə davam edir. Biz Müsavat Gənclər Təşkilatı olaraq bildiririk, bu vaxta qədər Milli Ordumuzda baş verən özbaşınalıq və ?dedavşina? nəticəsində həyatını itirən hər bir gəncin qanı bu problemlərin həlli istiqamətindəki təkliflərə reaksiya verməyən Azad Rəhimovun və Səfər Əbiyevin vicdanına yazılmalıdır?. Müsavat Gənclər Təşkilatı olaraq, bütün bu özbaşınalıqlara göz yuman, dəhşətli faciədən iki gün əvvəl isə ?Şöhrət ordeni? ilə təltif olunan müdafiə naziri Səfər Əbiyevdən və Milli Ordunun 90 faizini gənclərdən ibarət olmasını nəzərə alaraq, gənclər və idman naziri Azad Rəhimovdan öz vəzifələrindən istefa verməyi tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA