Elmira Axundova: "Azərbaycanda Analar günü bayramı təsis olunmalıdır"

img

01-02-2010 [03:31]


"Dünyanın bir çox ölkələrində martın 8-i Beynəlxalq Qadınlar Bayramı günü kimi qeyd olunmur. Düşünürəm ki, Azərbaycanda da ayrıca Analar günü bayramının təsis olunmasına ehtiyac var". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu təkliflə Milli Məclisin fevralın 1-dəki iclasında deputat Elmira Axundova çıxış edib. E.Axundovanın sözlərinə görə, Analar günü bayramı hər aprelin 28-də qeyd oluna bilər: ?Həmin gün akademik Zərifə Əliyeva anadan olub. Məncə Analar günü bayramı da həmin gün qeyd oluna bilər". Deputatın fikrincə, əgər Analar günü bayramı təsis olunarsa, bu zaman martın 8-nin də bayram kimi qeyd olunmasına ehtiyac qalmayacaq: ?Belə ki, Analar günü bizim milli bayramımız olacaq və düşünürəm ki, həmin gün istirahət günü də elan edilməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA