Oqtay Əsədovla Arzu Səmədbəyli arasında münaqizə

img

01-02-2010 [02:54]


Milli Məclisin bugünkü iclasında gərginlik yaşanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Deputat Drupunun üzvü Arzu Səmədbəyli ilə spiker Oqtaya Əsədov arasında münaqişə yaranıb. Belə ki, müsavatçı deputat Milli Məclis deputatlarının sayının artırılması təklifilə çıxış edərək deputatların sayının 125-dən 201 nəfərə çatdırılmasını təklif edib. Bununla yanaşı, A.Səmədbəyli YAP-ı üzvlərinin sayını süni şəkildə artırıldığını da bildirib. Müsavat dDeputat Qrupunun üzvünün fikirlərinə cavab verən O.Əsədov isə deputatın dedikləri ilə razılaşmayaraq, təkliflərin yersiz olduğunu bildirib. Mikrofonu söndürülmüş A.Səmədbəyli yerindən danışmağa məcbur olub. Deputatın yerindən danışmasına qəzəblənən spiker ?Həmişə belə edirsiniz, sizdə dinləmək qabiliyyəti yoxdur, gördünüz ki, siz çıxış edəndə biz qulaq asırdıq. Ancaq siz qulaq asmırsınız. Ona görə də dinləməyən adamın sözünə də qulaq asmaq lazım deyil?. Oqtay Əsədov hakim partiyanın üzvlərinin sayı ilə bağlı deyilənlərə də cavab verib: ?YAP-ın üzvlərinin sayı hamıya məlumdur. Heç Müsavat bələdiyyə seçkilərində iştirak etməyə namizəd tapmırdı. İndi durub başqasını sünilikdə suçlayırsınız?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA