Birinci Dünya Müharibəsi iztirakçılarının yaza görə əmək pensiyasının baza hissəsi artırılıb

img

01-02-2010 [01:28]


1941-1945-ci illər müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu artım Prezident İlham Əliyevin 22 iyun 2009-cu il tarixli ?1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram?ın təsdiq edilməsi haqqında sərəncamı çərşivəsində həyata keçirilib. ?1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram?da Dövlət Sosial Müdafiə Fonduna 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə təkliflərin verilməsi barədə tapşırıq verilib. Bu tapşırığa uyğun olaraq hazırlanan təkliflər ?Əmək pensiyaları haqqında? Azərbaycan Respublikasının Qanununa edilən dəyışikliklər və əlavələr sırasında yer alıb. Prezident tərəfindən təsdiqlənən dəyışikliklər və əlavələr 1 yanvar 2010-cu il tarixdən qüvvəyə minib. Artıq Dövlət Sosial Müdafiə Fondu tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması yanvar ayı üzrə həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA