Bakıda hava dumanlı, çiskinli və yağmurlu olacaq

img

01-02-2010 [01:05]


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Günün birinci yarısında bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 9-14? isti, axşam 5-7? isti olacaq. Fevralın 2-də - Hava dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4? isti, gündüz 8-10? isti olacaq. Fevralın 3-də - Hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4? isti, gündüz 7-9? isti olacaq. Fevralın 4-də - Buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin proqnozlaşdırılır. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5? isti, gündüz 8-10? isti olacaq. Fevralın 2-də ölkənin rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə dumanlı hava olacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5? isti, gündüz 9-14? isti, dağlarda gecə 2? şaxtadan 3?-dək isti, gündüz 5-9? isti olacaq. Fevralın 3-də rayonlarda əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskinli hava proqnozaşdırılır. Lakin 4-də qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit, bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-5? isti, gündüz 10-13?, 04-də 8-10? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 5-8?, 04-də 0-4? isti olacaq. Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA