Novxanıda Məmməd Əmin Rəsulzadənin xatirəsi anılıb

img

31-01-2010 [07:32]


31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banilərindən biri Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Böyük öndər 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Bu münasibətlə bu gün Rəsulzadənin doğma kəndi Novxanıda anım mərasimi keçirilib. Müxalifət partiyalarının da qatıldığı mərasimdə Rəsulzadənin həyat yolu və onun dövlətçilik üçün gördüyü işlərdən danışılıb. Böyük dövlət xadimi 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib. Rəsulzadə ?Əsri? qəbristanlığında dəfn edilib. 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə ?Azərbaycan, Azərbaycan, Azərbaycan? deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA