Xanım Xəlilova Türkiyə telekanallarında çıxız edib

img

31-01-2010 [07:13]


Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova bu ölkənin nüfuzlu telekanallarında çıxış edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə X.Xəlilova özü məlumat verib. X.Xəlilovanın sözlərinə görə, son bir həftədə Türkiyənin nüfuzlu "Kanal-A" və "Kanal-B" televiziya kanallarında çıxış edib: "Kanal-A" telekanalında əsasən Türkiyə-Ermənistan və prezidentlərin Soçi görüşü barədə müzakirələr apardım. Canlı yayımda Türkiyə ictimaiyyətinə müraciət edib, onları ermənilərin hiyləsinə aldanmamağa çağırdım. Həmçinin, Türkiyə prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Teyyub Ərdoğanın Dağlıq Qarabağ problemi həll olunmayana kimi Ermənistanla sərhədlərin açılmayacağı ilə bağlı verdiyi vədləri xatırlatdım. Hesab edirəm ki, Türkiyə hakimiyyəti Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi İrəvanla diplomatik əlaqələr qurmaqdan imtina etməlidir. "Kanal-B"dəki çıxışım zamanı da daha çox Azərbaycanın milli problemlərinə yer ayırdım". X.Xəlilova deyib ki, Xocalı faciəsinin 18-ci ildönümü ərəfəsində də Türkiyənin nüfuzlu telekanallarında çıxışı nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA