Səbailin icra bazçısı Asif Əsgərov bu il həyata keçiriləcək sosial yönümlü layihələrdən danızıb

img

31-01-2010 [02:21]


Bu gün Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, ziyalı və ağsaqqalların, Bibiheybət Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həata keçirilməsi yolları müzakirə olunmuş və 2010-cu il üçün konkret tədbirlər müəyyənləşdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirmişdir ki, özünəməxsus tarixi olan Bibiheybət qəsəbəsi Bakının qədim qəsəbələrindəndir. Hesabat dövrü ərzində qəsəbədə bir sıra işlər həyata keçirilmişdir. İlk növbədə Bakı şəhərindən əsas çıxış yolunun genişləndirilməsi ilə bağlı işlər davam etmiş, yol 28 metrə kimi genişləndirilmiş, dağın yamac hissəsində istinad divarı tikilərək üzlənmiş, Bibiheybət məscidi ilə üzbəüz avtomobillərin dayanması üçün dayanacaq yeri düzəldilmiş və piyadaların təhlükəsizliyi üçün müəyyən tədbirlər görülmüşdür. Magistral yolun ətrafında, qəsəbə ərazisinin sağ və sol hissəsində olan hasar və çoxsaylı tikililərin fa?sa?dın?da təmir-bərpa işləri aparılmışdır. Hazırda yolun Lök Batan dairəsinə kimi olan hissəsində işlər davam etdirilir. 2009-cu il ərzində qəsəbə Mədəniyyət evi, kitabxana və xeyir-şər yerində təmir işləri görülmüş, Mədəniyyət evinində yeni oturacaqlar quraşdırılmış, xeyir-şər yerində 2 ədəd kondisioner qurulmuş, 1 ədəd soyuducu və digər avadanlıqlar alınmışdır. Milli mənəvi dəyərlərimizə, xalqın inancına böyük hörmət və ehtiramla yanaşan Ümummilli lider Heydər Əliyevin göstərişi ilə 1998-ci il iyulun 12-də yenidən tikilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə genişləndirilərək ziyarətgah kompleksinə çevrilmiş gözəl memarlıq abidəsi olan Bibiheybət məscidinin qəsəbənin həyatında özünə məxsus yeri vardır. Qəsəbədə aparılan abadlıq işlərində məscid də yaxından iştirak edir. Gəmi Təmiri zavodu ərazisində məskunlaşmış məcburi köçkünlər üçün 250 p/m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunmuş, 365 nəfər məcburi köçkünün kompakt surətdə yaşadığı ?Şıx? sanatoriyasının dam örtüyü əsaslı təmir olunmuşdur. Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən keçirilən açıq qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alanmış qəsəbə qəbristanlığına çıxış yolunda və Səlyan yolundan Badamdar qəsəbəsi istiqamətindəki yola və qəsəbədaxili küçələrə ümumilikdə 10300 kv. m asfalt örtüyü salınmış, Səlyan 32 ünvanda yeni zibil meydançası tikilərək konteynerlər qoyulmuş, həmin ünvanda MİS-in iş qrafiki ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Qəsəbənin dənizkənarı hissəsi daşlardan təmizlənmiş, bura narın qum səpilərək yayılmışdır. Çimərlik ərazisinə məişət tullantıları üçün əlavə konteynerlər qoyulmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış layihə sənədləri əsasında qəsəbənin girişində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsinin əsaslı təmir-yenidənqurulmasına başlanmış, hazırda bu işlər başa çatmaq üzrədir. Səbail rayon Qaz İstismar Sahəsi tərəfindən qəsəbədə il ərzində 660 p/m aşağı təzyiqli qaz xətti çəkilmiş və 2 ədəd yeni qaz tənzimləyicisi quraşdırılmış, sayğaclaşma tam başa çatdırılmışdır. Hazırda qəsəbə sakinlərinin su, qaz və elektrik enercisi ilə bağlı demək olar ki, heç bir problemi yoxdur. Qəsəbədaxili və ətraf ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması və abadlıq işləri görülməsi məqsədi ilə nümayəndəlik tərəfindən iməcliklər keçirilərək 1000-dən çox ağac əkilmişdir. Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmış, bu il rayonda həyata keçiriləcək sosial yönümlü layihələr, işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA