Hərbi Prokurorluq 6 nəfərin ölümü ilə nəticələnən qətliamla bağlı açıqlama yayıb

img

29-01-2010 [04:51]


Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ölümlə nəticələnən hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1- bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birliklər tərəfindən adam öldürmə, 120.2.3 zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə,120.2.7- iki və ya daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanılması ilə bağlı məlumat yayıb. Məlumata görə, hadisə yerində Respublika Hərbi Prokurorunun müavini, ədliyyə polkovniki Şəfahət İmranovun rəhbərliyi ilə yaradılmış, Hərbi Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist-prokuroru və Gəncə hərbi prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu fəaliyyət göstərir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla, hadisənin baş verməsində günahkar olan şəxslərin müəyyən olunub, məhkəmə məsuliyyətinə verilməsi və qanunla nəzərdə tutulan başqa tədbirlərin görülməsi təmin olunmaqla, ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, yanvarın 28-də saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA