DBX ?quz qripi? xəstəliyinə görə aparılan monitorinqin nəticələrini açıqlayıb

img

29-01-2010 [04:47]


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yanvarın 18-dən ölkə ərazisində ?quş qripi? xəstəliyinə görə aparılan monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 24 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1578 baş ev quşunun qan nümunələri, eləcə də 11 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Onun sözlərinə görə, müayinə olunmuş nümunələrin heç birində ?quş qripi? xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. Y.Xanvəli onu da bildirib ki, monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA