DAK-ın Qazaxıstan nümayəndəliyilə QAMMBA arasında memorandum imzalanıb

img

29-01-2010 [02:34]


2010-cu il yanvarın 28-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin Assosiasiyasının (QAMMBA) üzvlərinin geniş iclasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qazaxıstan nümayəndəliyi ilə QAMMBA arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə DAK-ın Qazaxıstan nümayəndəliyinin rəhbəri Araz Xudiyev www.D-A-K.org ?a məlumat verib. Sənədi DAK-ın Qazaxıstan nümayəndəliyinin rəhbəri Araz Xudiyev və Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin prezidenti Vidadi Salahov imzalayıblar. Memorandum aşağıdakı proqram məsələlərin reallaşdırılması üçün qarşılıqlı yardımı özündə ehtiva edir: 1.Tarixi günlərlə (Azərbaycanın 1913 və 1928-ci illərdə İran və Rusiya arasında bağlanmış müqavilələrə əsasən iki yerə parçalanmasının tarixi haqqında, 1992-ci il 26 fevral Xocalı faciəsi, 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıya daxil olması, 1920-ci il aprelin 28-də boşeviklərdən ibarət 11-ci Qızıl Ordunun Bakıya daxil olması, 1918-ci il martın 31-də ildə azərbaycanlıların soyqırımı) bağlı birgə elmi konfransların keçirilməsi; 2.Ermənistanın işğalçı qüvvələrinin təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi 1988-1994-cü illər (həqiqət və tarixin reallığı); 3.Ümumdiaspora bayramı olan Novruz Bayramının Astana şəhərində və Qazaxıstanın 14 əyalət mərkəzində qeyd olunması; 4.Azərbaycan diasporlarının dünyanın beynəlxalq ictimai təşkilatlarıyla əlaqələrinin qurulması və möhkəmləndirilməsi; 5.Qazaxıstanın və Azərbaycanın, eləcə də digər dövlətlərin biznes strukturlarında iqtisadi əlaqələrin qurulmasına çalışmaq və həyata keçirmək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA