Şaxtalı günlərdə 60 nəfər xəsarət alıb, onlardan 56-si xəstəxanaya yerləzdirilib

img

29-01-2010 [12:40]


Bu həftə Bakıya yağan qar nəticəsində yolların buz bağlaması xeyli insanın zərərçəkməsinə səbəb olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, şaxtalı hava şəraiti nəticəsində xəsarət alan 60 nəfər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına müraciət edib. Onun sözlərinə görə, xəsarət alanlardan 56-ı müxtəlif xəstəxanalara yerləşdirilib. Həkimin sözlərinə görə, xəsarətlərin əksəriyyətinin ətrafların zədəsi, sınıq və burxulma diaqnozu ilə bağlıdır. Onların hamısının vəziyyəti qənaətbəxşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA