Azərbaycanda hərbi hissədə faciə baz verib- 6 hərbçimiz ölüb

img

29-01-2010 [12:32]


Dünən saat 18:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində səbəbləri tam bəlli olmayan ölümlə nəticələnən ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iki əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Bundan sonra atəş açan əsgərlər özlərini güllələyərək öldürüblər. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Nazirlik bildirir ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. "Turan" agentliyinin məlumatına görə, hadisə Daşkəsən rayonu ərzaisində yerləşən hərbi hissələrdən birində baş verib. İlkin məlumatlara görə, əsgər komandir heyətini güllələyib. Yaralılar Gəncə şəhərindəki hərbi qospitala yerləşdirilib. Daşkəsəndəki mənbə Turana bildirib ki, həqiqətən hərbi hissələrdən birində əsgər komandirləri qətlə yetirib. ?Rayonda hamı bu hadisədən danışır. Yerli camaat əsgərin həddən artıq incidildiyindən xidməti silahı ilə komandirləri güllələdiyindən deyir?, - deyə mənbə qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA