27-01-2010 [05:09]
il rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş və Səbail rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həata keçirilməsi yolları müzakirə olunmuş və 2009-cu il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış eədən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Nurəddin Abbasov bildirmişdir ki, 2009-cu il ərzində Badamdar qəsəbəsində Heydər Əliyev adına istirahət parkında cari təmir işləri aprılmış, 3-cü yaşayış massivində, Səlyan yolu ilə Tofiq Məmmədov küçəsini birləşdirən 3 km uzunluğunda yeni yol çəkilmiş və bura 21000 m2 asfalt salınmışdır. Bağlar, Nurəddin Paşayev küçələrinə və abadlaşdırılan həyətlərə 5500 m2 yeni asfalt örtüyü salınmışdır.
Qəsəbədə və ətraf ərazilərdə iməcliklər keçirilmiş, bu zaman 1500 ağac, gül və dekorativ kol əkilmiş, 25 ədəd yeni zibil meydançası tikilmiş, əlavə 96 ədəd zibil qutusu qoyulmuş, meydançalara asfalt örtüyü çəkilmişdir. Göyüş Qarayev küçəsində kanalizasiya xətti dəyişdrilərək yenidən çəkilmiş və yeni kanalizasiya quyuları tikilmiş, Badamdar şossesində istinad divarının 1200 m uzunluğunda olan hissəsi hörülərək 2640 m2 divara yeni suvaq vurulmuşdur.
Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən ?Abad həyət? layihəsi hazırlanmış və avqust ayından etibarən məhz bizim qəsəbəmizdə onun icrasına başlanmışdır. Qəsəbədəki Tofiq Məmmədov küçəsi 9, 22, 21/7, İqor Abayev küçəsi 5 ünvalardakı həyətlərdə əsaslı təmir-abadlıq işləri aparılmış, süni yaşıl örtüklü mini futbol meydançaları, söhbətgahlar, skamyalar, kiçik yaşlı uşaqlar üçün əyləncə qurğular quraşdırılmış və həyətlər asfaltlaşdırılmış, divarlar suvanaraq rənclənmiş, binaların blok qapıları yeniləri ilə əvəz olunmuşdur. Həyətlərdə zibil meydançası tikilərək bura yeni konteynerlər qoyulmuş, avtomobillərin saxlanması üçün yerə beton örtüyü çəkilmişdir.
Dekabr ayında Badamdar qəsəbəsi Neftçilər küçəsinin başlanğıcındakı ?yolkalıq? adlanan sahədə istirahət bağı salınmasına başlanmış, burada yeni fəvvarə və skamyalar qurulmuş, istirahət üçün lazımi şərait yaradılmışdır.
Qəsəbədəki Mədəniyyət evində məskunlaşmış 4 məcburi köçkün ailəsi üçün ?Şıx? sanatoriyasında otaqlar təmir olunaraq bura köçürülmüş və dekabr ayından etibarən rayon İcra Hakimiyyəti tərəfindən Mədəniyyət evinin əsaslı təmirinə başlanmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısının qəsəbənin məhəllələrində keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq Badamdar qəsəbəsində yeni xeyir-şər yerinin tikintisi layihələndirilmiş və binanın inşasına başlanmışdır.
Rayon Qaz İstismar İdarəsi tərəfindən idarənin daxili imkanları çərçivəsində təbii qaz təchizatının yaxşılaşdırılması üçün korroziyaya uğramış və ya sıradan çıxmış müxtəlif təzyiq və diametrli 880 p/m qaz kəməri dəyişdirilmiş, 2 ədəd qaz tənzimləyici şkaf quraşdırılmış, qaz sızmalarının qarşısı alınmışdır.
Səbail rayon Enerci Satış və İstismar İdarəsi tərəfindən ilin əvvəlindən Badamdar qəsəbəsində 1035 m kabel xətti və 6000 m naqil çəkilmiş və ya dəyişdirilmişdır. Qəsəbənin yaşayış massivlərində tam sayğaclaşma başa çatdırılmış, massivdə və hərbi şəhərcikdə 10 kv-luq şəbəkə qurulmuş, 1-ci yaşayış massivində SİP xətti çəkilmişdir. Badamdar qəsəbəsi Bağlar küçəsindəki 6 kv-luq Transformator şəbəkənin daxili imkanları hesabına daha tutumlusu ilə əvəz olunmuşdur. Qəsəbədəki 4 transformator məntəqəsi əsaslı təmir olunmuş, 1 yeni transformator məntəqəsi istifadəyə verilmişdir.
Qəsəbənin 3-cü yaşayış massivində ayrılmış 6,7 ha sahədə Qəbələ-Oğuz rayonlarından Bakı şəhərinə çəkilən su kəmərindən təmin olunacaq yeni su anbarlarının tikintisi sürətlə davam edir və işlər başa çatdıqdan sonra nəinki qəsəbənin, eləcə də bütövlükdə rayon sakinlərinin içməli suya olan tələbatı tam ödəniləcəkdir.
Hər il olduğu kimi cari ildə də ?Qurban? və ?Novruz? bayramlarında, Respublika Günü münasibətilə qəsəbənin iş adamları, imkanlı vətəndaşlar və Badamdar Bələdiyyəsinin imkanları hesabına qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 1200 ailəyə ərzaq bağlamaları paylanmış, 75 nəfərə isə maddi yardım verilmişdir. Ahıllar günü ilə əlaqədar Badamdar Bələdiyyəsinin köməyi ilə bu kateqoriyadan olan vətəndaşlar üçün ?İbrahim? şadlıq evində bayram süfrəsi açılmış, konsert proqramı təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhaliyə ucuz kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə qəsəbədə hər həftə açıq meyvə-tərəvəz yarmarkasının keçirilməsi təşkil olunmuş və öz məhsulunu satmaq üçün bura gələn fermerlərə lazımi şərait yaradılmışdır.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermişdir. O, bidirmişdir ki, hazırda Badamdar qəsəbəsində Mədəniyyət evinin əsaslı təmiri aparılır, sakinlər üçün xeyir-şər yeri tikilir, Neftçilər küçəsində yeni istirahət parkı salınmışdır. ?Abad həyət? layihəsi çərsivəsində daha bir məhəllənin abadlaşdırılması başa çatmış, bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Yığıncağın sonunda rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırıblar.