TQDK bu gün Ağstafa zəhərində zona müzavirəsi keçirir

img

27-01-2010 [12:17]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 27-də Ağstafa şəhərində ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirir. TQDK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edəcək. Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA