Bakıda "donuz" qripinə qarzı 8536 nəfərə peyvənd vurulub, gələn həftədən vaksinlər bölgələrə paylanılacaq

img

27-01-2010 [12:14]


"Donuz" qripinə qarşı vaksinlər müvafiq şərtlərlə əhaliyə vurulur. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ?GlaxoSmithKline Biologicals? şirkətinin istehsalı olan pandemik A (H1N1) qripinə (?donuz qripi?) qarşı ?Arepanrix? vaksininin 172000 dozadan ibarət ilk partiyası bir müddət öncə respublikaya gətirilmişdi. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiy Agentliyinə verilən məlumata görə, daxil olmuş vaksin partiyasının 90 min doza olan birinci hissəsi Bakı, Sumqayıt, Şirvan şəhərlərinə, 15 rayon və digər dövlət qurumlarının tibb xidmətləri üçün paylanıb. Qalan 82 min doza respublikanın digər rayonları arasında bölüşdürülərək yerlərə çatdırılacaq. Bakı şəhərində immunlaşdırmanın aparılması üçün hər bir rayonda bir poliklinika təyin edilib. Bu günə kimi immunlaşdırma tədbiri zamanı Bakı şəhəri üzrə 8536 nəfərə peyvənd vurulub. Vaksinsiya aparılarkən heç bir ağırlaşma halları qeydə alınmayıb. Növbəti həftədən etibarən A (H1N1) virusuna qarşı vaksinlər ölkənin digər bölgələrinə də paylanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA