1 milyon manat fidyə tələb edən adam oğruları yaxalandılar

img

26-01-2010 [03:02]


Azərbaycanda adam oöurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Bakı şəhər sakinləri Vadim Quliyev və Nikolay Limberq qabaqcadan əlbir olaraq Bakı şəhər sakini, 25 yaşlı Timur Əliyevi girov götürmüş və valideynlərinə qaytarılması müqabilində 1 milyon manat verilməsini tələb ediblər. Girovun atası Sərdar Əliyev cinayətkarlara 1 ədəd ?Mitsubishi Pajero?, 1 ədəd ?VAZ-2107? markalı avtomaşınlarını, 33 min manat nəqd pul və 4160 manat dəyərində qızıl-zinət əşyaları verdikdən sonra Timur azad edilib. Hadisə barədə əməliyyat məlumatı əldə edən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ?isti izlər?lə əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə cinayətkarlar ? V.Quliyev, N.Limberq və R.Hacıyev Nəsimi rayonu ərazisindəki ?Nəsimi? bazarının yaxınlığında S.Əliyevdən əlavə olaraq 30.000 dollar alarkən əməliyyat qrupu tərəfindən yaxalanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA