QHT-lərə Dövlət Dəstəyi Şurası tədbirin vaxtını dəyizdi

img

26-01-2010 [02:53]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ilin yekunlarına həsr olunan tədbiri Bakıda hökm sürən soyuq hava şəraitinə görə əvvəlcədən elan olunan gündə keçirilməyəcək. Şuranın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata gğrə, tədbir yanvarın 28-də saat 15.00-da ?Park İnn? hotelinin ?Dan ulduzu? zalında olacaq. Tədbirdə 2009-cu ildə Şuranın fəaliyyəti, layihələrin icra vəziyyəti haqqında hesabat veriləcək və maliyyələşdirilən layihələrlə bağlı nəşr edilmiş kitabın təqdimatı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA