Ziya Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə əlaqələndirmə zurasının iclasına qatılacaq

img

26-01-2010 [02:36]


Yanvarın 28-29-da Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə əlaqələndirmə şurasının səkkizinci iclası keçiriləcək. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, iclasda şuranın Azərbaycan tərəfdən həmsədri, nazir Ziya Məmmədov iştirak edəcək. İclasda şuranın ötən ilin oktyabrında Bakıda keçirilmiş yeddinci iclasından keçən dövrdə görülmüş işlərin hesabatının dinlənilməsi, ?Marabda- Kartsaxi Dəmir Yolu? ASC-nin 2010-cu il büdcəsinin təsdiqi, həmçinin ?Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısı? layihəsi çərçivəsində Marabda-Türkiyə sərhədinədək hissənin tikintisi üçün Azərbaycan hökumətinin Gürcüstan tərəfinə ayırdığı kreditin istifadəsi məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA