Birinci qar Bakıda həyatı iflic edib

img

26-01-2010 [11:42]


Dünən axşamdan Bakı və Abşeron yarmadasına qar yağmağa başlayıb. Axsamdan bəri şaxtanın olması havanı daha da sərtləşdirib. Hazırkı hava şəraitinin yanvarın 28-dək davam edəcəyi proqnozlaşdırılır. Sinoptiklər havanın bu gecə nisbətən mülayimləşəcəyini, lakin yağıntının davam edəcəyini ehtimal edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında temperatur mənfi 2-6 dərəcəyə düşüb. Yollar buz bağladığından paytaxtda avtomobillərin hərəkəti çətinləşib. Artıq Bakının bir çox küçələrə yollar buz balayıb. Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Hətta şəhərin bir çox yerlərində avtomol qəzaları da qaçılmaz olub. Yolların buz balaması marşurutların da gediş-gəlişini çətinləşdirib. Paytaxtın bir neçə rayonunda elektrik enerjisinin məhdudiyyətlərlə verilməsi başlayıb. MİA-nın yerli müxbirinin verdiyi məlumata görə, Sumqayıtda da qarın yağması ciddi problemlərə səbəb olub. Belə ki. şəhərin daxili yolları tamamiylə buz baladığından nə vətəndaşlar. nə də avtomobillər rahat hərəkət edə bilmirlər. Bakı-Sumqayıt yolunun da buz bağlaması gediş-gəlişi əngəlləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA