Naftalanın icra bazçısı Musa Musayev vəzifəsindən çıxarıldı

img

25-01-2010 [04:12]


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Musa Həzi oğlu Musayev Naftalan şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İlham Əliyevin digər sərəncamı ilə Natiq Musa oğlu Aslanov Naftalan şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib. M.Musayevin vəzifədən çıxarılması gözlənilirdi. Çünki Mərkəzi Seçki Komissiyasının araşdırması nəticəsində məlum olmuşdu ki, Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən sui-istifadə edən Musa Musayev ötən il dekabrın 23-də 96 saylı Goranboy-Naftalan Dairə Seçki Dairəsində bələdiyyə seçkilərinin gedişinə şəxsən müdaxilə edib. Qeyd edək ki, 2009-cu il dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov Musa Musayevin bələdiyyə seçkilərinə kobud müdaxilə etdiyini bildirərək onun bu hərəkətini pisləmişdi. Bununla bağlı araşdırma aparmaq üçün MSK üzvü Tofiq Həsənov və qurumun daha iki nümayəndəsi Naftalanda olmuşdular. MSK-nın araşdırması nəticəsində Musa Musayevin qanunsuz hərəkəti təsdiqlənmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA