Novxanıda Mehdiabad sakinlərinin silahlı "razborkası" ölümlə nəticələndi

img

25-01-2010 [01:54]


Yanvarın 23-də saat 15.00 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində, Mehdiabad qəsəbə sakini Vəli Rəhimov münaqişə zəminində tapançadan atəş açaraq həmyerlisi Müzəffər Süleymanovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Süleymanov orada ölüb. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov tutulub, ondan 1 ədəd nömrəsi silinmiş ?Makarov? tipli tapança götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA