Bu gün Bakıya qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

img

25-01-2010 [12:44]


Bu gündən etibarən havanın kəskin soyuması müşahidə olunmağa başlayacaq. Bakıda və Abşeron yarımadasında soyuq, yağıntılı hava şəraiti müşahidə ediləcək. Yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidreloqu Asif Verdiyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, axşam çovğun olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gecəyə doğru yarımadanın bəzi yerlərində şiddətlənəcək. Havanın temperaturu günün 0?-yə yaxın, axşam 2?-dək şaxta olacaq. Axşam yolların buz bağlayacağı ehtimalı var. Yanvarın 26-da hava şəraitinin tutqun olacağı, fasilələrlə qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, 26-dan 27-nə keçən gecə yarımadanın bəzi yerlərində şiddətlənəcək. Havanın temperaturu gecə 3-5? şaxta, gündüz 0-2? şaxta olacaq, yollar buz bağlayacaq. Yanvarın 27-də hava buludlu olacaq. Fasilələrlə qar yağacağı gözlənilir. 26-dan 27-nə keçən gecə və səhər şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 3-5? şaxta, gündüz 0-2? şaxta olacaq, yollar buz bağlayacaq. Anomal soyuq hava şəraiti yanvarın 28-də gündüzədək davam edəcək.Yanvarın 28-də də buludlu hava şəraiti davam edəcək. Yanvarın 27-dən 28-nə keçən gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı ehtimalı var. Gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 4-7? şaxta, gündüz 0-2? isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 26-da intensiv qar yağacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, ayrı-ayrı yerlərdə şiddətlənəcək. Havanın temperaturu gecə 3-5? şaxta, gündüz 3? şaxtadan 2?-dək isti, dağlarda gecə 8-13? şaxta, gündüz 2-7? şaxta olacaq. Yanvarın 27-də də intensiv qar yağacağı proqnozlaşdırılır. 28-də səhər qərb rayonlarında, gündüz şərq rayonlarında tədricən kəsiləcək. 26-dan 27-nə keçən gecə və səhər şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, 27-də gündüz zəifləyəcək, 28-də gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 3-8? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti, dağlarda gecə 10-15? şaxta, gündüz 3-8? şaxta olacaq. Yaxın 2 gün ərzində Abşeron yarımadasında şaxtalı hava və kəskin külək nəticəsində yaranmış soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA