Azərbaycan alimləri naməlum planetlərin axtarızına bazlayıblar

img

24-01-2010 [05:44]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf qurulub. Bu barədə AMEA-nın elm.az saytı məlumat verib. Yeni spektroqrafın ayırdetmə qüvvəsi 400 000-ə çatacaq. Onun vasitəsilə uzaq ulduzların ətrafında naməlum planetlərin axtarışı və müşahidəsi aparılacaq. Postsovet məkanında mövcud olan rəsədxanaların heç birində hələlik bu proqram həyata keçirilmir. Qeyd edək ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaranmasından 50 il keçir. Bu müddət ərzində rəsədxana tərəfindən 1000-ə yaxın ulduzun spektral xüsusiyyətləri öyrənilib, onlarla qalaktikanın, planetar dumanlıqların fiziki xüsusiyyətləri tədqiq olunub, planetlərin və onların peyklərinin sistematik müşahidələri aparılıb, Günəş sisteminin kiçik cisimlərinin mənbəyi barədə keyfiyyətcə yeni nəzəriyyələr işlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA