Neftçalada prezidentə zikayət edənlərə polis və icra hakimiyyəti tərəfindən təzyiq edilir

img

23-01-2010 [01:47]


Neftçala rayon sakinləri icra hakimiyyəti və polisin təzyiqi ilə üzləşib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, Neftçala rayon Yeniqışlaq kəndinin sakinləri qaz problemi ilə bağlı prezidentə müraciət etdikləri üçün problemlə üzləşiblər: ?Bu kəndə 1926-cı ildən neft-qaz hasil edilsə də, yerli əhali qaz sarıdan korluq çəkir, yəni kəndə təbii qaz verilmir. Elə bu səbəbdən də yerli sakinlər yüzə yaxın vətəndaşın imzası ilə ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Müraciət müəllifləri kəndə təbii qazın verilməsini xahiş eləmişdilər. Bundan xəbər tutan Neftçala icra hakimiyyətinin rəhbərliyi və yerli polis imzatoplama kampaniyasında iştirak edən aktivlərə qarşı sözün əsl mənasında müharibə elan ediblər. Əvvəlcə kənddə müəllim işləyən Tanrıverdi Hüseynov yerli icra hakimiyyətin birinci müavini Dilavər Əliyevin qəbuluna gedib. Dünən isə isə kənddə mantyor işləyən və bu kampaniyaada aktiv olan olan Təvəkkül Abbasov guya yerli icra nümayəndəsi Malik Rəcəbovu təhqir etdiyi üçün günorta saatlarında polis idarəsinə aparılıb, axşam saatlarına qədər orada saxlanılıb. Polis rəisinin müavini R.Sultanov saxlanılanın yaxınlarından onun büraxılması üçün 800 manat pul istəyib. T,Abbasovun qohumları həmin pulu verəndən sonra azadlığa buraxılıb. Bundan başqa kəndə müəllim işləyən Rahim Məmmədovun da polisə çağırılacı gözlənilir. Bildyiniz kimi, prezident İlham Əliyev bəzi rayonlarda kəndlərdə qazın olmaması ilə bağlı Nazirlər Kabinetinin iclasında çıxış edib və problemin həll olunmasının vacibliyini qeyd edib. Amma yerli məmurlar əhalinin müraciətinin ölkə başçısına çatdırılmasına maneçilik törədirlər. Hətta bunun üçün Ən repressiv üsullara əl atırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA