Nazirlik ?Naz moloçnik? əmtəə nizanlı kərə yağını satızdan çıxarmağa bazlayıb

img

23-01-2010 [01:27]


Ukraynanın ?Starakonstantinovskiy moloçnıy zavod? müəssisəsinin istehsalı olan kağız qutulara qablaşdırılmış 200 qramlıq ?Naş moloçnik? əmtəə nişanlı kərə yağının mikrobioloji göstəricilərinin normalara uyğun olmaması ilə əlaqədar satışının dayandırılması və bu malların satışdan çıxarılması üçün tədbirlər görülməsi barədə məlumat verilmişdi. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu yağların satışdan çıxarılması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son 2 gündə həyata keçirilən tədbirlər nəticəsində mağazalardan 550 kiloqrama yaxın ?Naş moloçnik? əmtəə nişanlı kərə yağı satışdan çıxarılıb. Dövlət Xidməti bu istiqamətdə tədbirləri davam etdirir və istehlakçıları Ukraynanın ?Starakonstantinovskiy moloçnıy zavod? müəssisəsinin istehsalı olan kağız qutulara qablaşdırılmış 200 qramlıq ?Naş moloçnik? əmtəə nişanlı kərə yağını almamağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA