Maztağada sosial problemlər pik nöqtəsinə çatıb

img

22-01-2010 [06:52]


Bu gün Bakı və Bakıətrafı kəndlərinin Hüquqlarının müdafiə komitəsinin sədri Rasim Əlizadə və komitənin sədr müavini Tahir Poladov Maştağa kəndində mövcud olan bir çox problemlərlə bağlı vətəndaşlarla görüş keçiriblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən komitə sədri bildirib ki, Maştağanın əsas problemlərindən biri əhaliyə veriləcək təbii qaz və enerji ilə bağlıdır: ?Bildiyiniz kimi, başqa ölkələrə təbii qazı ixrac etsək də, faktiki olaraq, öz ölkəmizdə bu məsələdə problemlər mövcuddur. Bundan əlavə, kəndə vaxtı-vaxtında işıq və qaz verilmədiyindən əhali bunlara görə pul verməkdən imtina edib. Aylarla qaz və işıq həsrətində olan bu vətəndaşların artıq səbr kasaları dolub. Artıq Maştağada işsizlik o səviyyəyə çatıb ki, sakinlər nəyin ki, kommunal xərcləri ödəməyə, adi çörək almağa da maddi imkanları yoxdur. Bələdiyyə sistemi qurulan vaxtdan etibarən insanlar Maştağa torpaqlarından məhrum olunub və onlar sərbəst şəkildə təsərrüfat işləri ilə məşğul ola bilmirlər?. Komitə sədri onu da bildirib ki, Maştağada təhsil uçuruma doğru getməkdədir. Belə ki, bir məktəbdən ali məktəbə 70 faiz şagird qəbul olunurdusa, indi bu göstərici 30 faizdir: ?Maştağada baş verən qanunsuzluq təhsilə də özünü göstərir. Artıq orta məktəblərdə müəllimlər şagirdə bilik öyrətməkdə maraqlı deyillər. Bu da nəticədə Maştağada təhsil alan uşaqların savadsızlaşmasına gətirib çıxardıb. Bundan əlavə, idman sahəsində bir çox problemlər var. Belə ki, Maştağada olan olimpiya kompleksində sakinlər istənilən şəkildə istifadə edə bilmirlər. Adicə futbol oynamaq üçün 30 manat pul verməlisən. Maştağa sakinlərinin ölkədə baş verən hadisələrələ bağlı informasiya ala bilmirlər. Nəzərinizə çatdırım ki, Maştağa, Naradaran və Bilgə kəndlərində cəmi bir qəzet köşkü var. Sakinlər Maştağa qəsəbəsinin icra nümayəndəsi olan Rasim Ağafevin və eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibab Əliyevin qanunsuz əməllərindən cana doyublar. Baş verən nöqsanlar və qanunsuzluqlarla bağlı dəfələrlə ölkə başçısına müraciətlər edilsə də, heç bir reaksiya verilməyib?. R.Əlizadənin sözlərinə görə, yaxın günlərdə Suraxanı rayonunun kəndlərində də görüşlər keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA