ATƏT-in qozunların təmas xəttindəki monitorinqi baz tutmayıb

img

22-01-2010 [03:18]


Bu gün qoşunların təmas xəttində keçiriləcək monitorinq baş tutmayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri monitorinq keçirmək üçün nəzərdə tutduqları ərazini xəritədə səhv sifariş etdiklərinə görə, texniki səbəblərdən tədbir baş tutmayıb. Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində monitorinq keçirilməli idi. Monitorinqin Azərbaycanın Ağdam rayonunun Çəmənli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilməsi planlaşdırılırdı. ATƏT nümayəndələri Çəmənli kəndinə yola düşməzdən əvvəl saat 10.30 radələrində Ağdam Rayon İcra Hakimiyyətində olublar. İcra hakimiyyətində hərbçilərin iştirakı ilə Nizami Sadıqovla görüş keçirilib. Görüşdə ATƏT nümayəndələrinə bildirilib ki, ermənilər daim cəbhə xəttində yerləşən mövqelərimizi və yaşayış məntəqlərini atəş altında saxlayır. Son altı ay ərzində 72 dəfə uzunmüddətli atəşkəs pozuntusu qeydə alıınb. Cəbhə xəttində isə atəş səsləri hər gün eşidilir. Bu atışmalar nəticəsində Azərbaycan Ordusunun iki hərbçisi və bir mülki şəxs ölüb. Altı nəfər hərbçi yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA