Ramiz Mehdiyev: ?Ermənistan Qarabağ münaqizəzinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tanıyıb?

img

22-01-2010 [01:25]


?Bu gün Ermənistan özü Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli zəruriliyini tanıyıb?. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunun açılışında bildirib. ?Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanınır. Ərazi bütövlüyü şübhəsiz ki, bərpa olunmalıdır?-deyə Ramiz Mehdiyev bəyan edib. O, xatırladıb ki, ötən ilin sonlarında Afinada ATƏT ölkələri XİN başçıları Şurasının iclası çərçivəsində imzlanmış sənəddə də bu məsələ əksini tapıb. ?İlk dəfə olaraq bütün münaqişə dövrü ərzində Ermənistan bu sənədə qoşulub, Ermənistan problemin həllinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu tanıyıb. Beləliklə də ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərinin qarşı-qarşıya qoyulmasının mürəkkəb dövrü başa çatıb?-deyə Prezident Administrasiyasının başçısı bildirib. Ramiz Mehdiyev münaqişənin Rusiya KİV-də daha obyektiv işıqlandırılması zəruriliyini qeyd edib. Onun sözlərinə görə, bu mövzuya mürəciət jurnalistlərdən yüksək peşəkarlıq və hazırlıq tələb edir. Ramiz Mehdiyev Azərbaycan-Rusiya əlaqələrinə də toxunub. O ikitərəfli əlaqələrin dərin tarixi köklərə söykəndiyini deyərək, bu münasibətlərin yüksək səviyyədə davam etdirildiyini bildirib. O, qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi üçün mühüm addımlar atıldığını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA