Belçika Senatının fəxri prezidenti "Uzaqların Xözbəxt Gələcəyi" ictimai Birliyinin rəhbərləri ilə görüzüb

img

21-01-2010 [07:17]


Bu gün Belçika Senatının fəxri prezidenti xanım Anna Mariya Lizin "Uşaqların Xöşbəxt Gələcəyi" İctimai Birliyinin ofisində təşkilatın rəhbərləri ilə görüşüb. Xatırladaq ki, xanım Anna Mariya Lizinin Bakıya bu dəfəki səfəri "Uşaqların Xöşbəxt Gələcəyi" İctimai Birliyinin təşkil etdiyi ?İnsan alverinə son qoyaq? kampaniyası çərçivəsində baş tutub. Görüşdə qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlığın perspesktivləri müzakirə mövzusu olub. "Uşaqların Xöşbəxt Gələcəyi" İctimai Birliyinin təsisçisi Səbinə xanım Mehdiyeva qonağı təşkilatın yaranma məqsədi, həyata keçirdiyi işlər və gələcək planları barədə məlumatlandırıb. Səbinə xanımın sözlərinə görə, üzərlərinə götürdükləri missiyanın həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanımın böyük rolu olub. Təsisçi qeyd edib ki, belə nüfuzlu təşkilatla da əməkdaşlıq uşaqların üzləşdikləri müxtəlif problemlərin həllinə qarşı birgə mübarizədə effektli rol oynaya bilər: ?Uşaqlar cəmiyyətimizin gələcəyidir. Ona görə də, uşaqlara təkcə dövləti qayğısı yetərli deyil, bütün cəmiyyət bu məsələdə səfərbər olmalıdır. Gələcəyimiz olan uşaqların qüsursuz, sağlam və xöşbəxt böyümələri üçün bütün imkanlarımızı səfərbər etməliyik?. Təşkilatın sədri Nərgiz xanım Kərimova da təşkilatın məqsədi imkansız və xəstə uşaqlara yardım, qayğı göstərməkdir. ?Xəstə balalarmıza həyan olmaq, onları müalicə etdirmək missiyasını öz üzərmizə götürmüşük?-deyə xanım bildirib. Sonra xanım Anna Mariya Lizin öz fikirlərini bölüşərək məqsədlərinin ümumi olduğunu və bu amilin gələcəkdə birgə əməkdaşlığa yardım göstərəğəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA