?Gənclərin Töhfəsi ? ictimai Birliyi 20 yanvarla bağlı dəyirmi massa keçirib

img

21-01-2010 [04:12]


?Gənclərin Töhfəsi ? İctimai Birliyi ?20 YANVAR XALQIMIZIN QAN YADDAŞIDIR? adlı dəyirmi masa keçirdi. Tədbirdə Bakı Dövlət Universitetinin tarix elmləri namizədi Atamoğlan Məmmədli, ?Millətçilik? qəzetinin redaktoru Pərviz Elay, ?Dünya Azərbaycanlıları Konqresi?nin mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli, ?DAYAQ? Yazarlar Birliyinin sədri Sayman Aruz, müharibə iştirakçısı, BDU- nun coğrafiya fakültəsinin magistrı Zülfü Qasımov, ?Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə? İctimai Birliyinin sədri, müharibə iştirakçısı, ?Hərbi and? qəzetinin təsisçisi Emin Həsənli, BDU-nun tarix fakültəsinin tələbəsi, ? Gənclərin Töhfəsi ? İctimai Birliyinin üzvü Əjdər Babazadə və öz sevgisi yolunda şəhidlik zirvəsinə yüksələn Fərizənin anası Bağdaxanım ana çıxış etdilər. Tədbirin aparıcısı ? Gənclərin Töhfəsi ? İctimai Birliyinin sədri Asim Vəliyev iştirakçıları salamladı və tədbir iştirakçıları Azərbaycan Respublikasının himnini səsləndirdilər. Sonra bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tarixçi Atamoğlan Məmmədli öz çıxışında ermənilərin azərbaycanlılara tarixən bəslədikləri düşmənçilik münasibətlərindən danışdı, faktlar əsasına izahlar verdi, oğul və qızlarımızın igidliklərindən misallar gətirdi: ? Azərbaycanın böyük gələcəyi var. Gələcəyə gedən bu yol hamar deyil. Zirvəyə çatmaq şəhidlər vermək deməkdir. Bizim şəhidlərimizin ruhu hələ də narahatdır. Çünki, biz hələ də torpaqlarımızı geri almamışıq. Bu gün bura yığışmağımız bizim birliyimizdən xəbər verir. Unutmayın, Osmanlı İmperiyası ona görə çox yaşadı ki, onların bir əlində qılınc, bir əlində ? Quran- i Kərim ? vardı.? Növbəti çıxış üçün söz Bağdaxanım anaya verildi. O, Fərizə və İlhamın saf sevgisindən, İlhamın vətənpərvər qəhrəman olduğundan danışdı: ? 20 yanvar qırğınında cəsədlər arasında çox axtardıq İlhamı. Fərizə onu qanlı şarfından tanıdı o dəhşətli günlərdə. Fərizə öz sevgisinə sadiq qalmaq naminə canını verdi. Biz heç vaxt ölümdən qorxmamışıq. Mərd balalarımız öz qanları ilə Sovet Birliyini devirdilər. Mən daha ağlamayacam. Inanıram ki, qəlbi vətənlə döyünən övladlarımız düşməndən qisasımızı alacaqlar. ? ? Şəhidlik zirvəsinə yüksələn hər kəs tarixdə daima yaşayacaq. Bizim hər kəndimizin qəhrəmanı, şəhidi var. Bu gün biz onları məyusluqla anıb ağlamamalıyıq. Allah bizə bütöv Azərbaycanı bərpa etməyi nəsib etsin. ? Bu optimist fikirlərlə tədbiri Emin Həsənli davam etdirdi. Pərviz bəy öz çıxışında azərbaycanlı övladlarının 20 yanvar hadisələrində Vətən uğrunda ölümə hazır olduqlarını bir daha sübut etdiklərini vurğuladı. ? Qanlı yanvar günlərində Bakıda şəhidləri son mənzilə yola salmaq üçün 1 milyondan çox insan yığışmışdı. Düşünürəm ki, artıq bizim gözümüz pisi yaxşıdan seçməyi bacarmalıdır ?. ?Şəhidlər Xiyabanı bizim and yerimizdir. Bu döyüş davam edir və biz hələ uduzmamışıq. ? Qələbə ruhlu bu fikirlə tədbiri gözlərində qəlpə daşıyan Zülfü Qasımov tamamladı. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA