Daxili izlər naziri Ramil Usubov Elçin Behbudovu qəbul edib

img

21-01-2010 [03:01]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov dünən daxili işlər naziri Ramil Usubovla görüşüb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə komitə sədri verib. O, bildirib ki, görüşdə ölkədə insan hüquqlarının durumu, komitə tərəfindən Bakıda və Azərbaycanın rayonlarında daxili işlər orqanlarının müvəqqəti saxlanma yerlərində keçirilən monitorinqlərlə bağlı müzakirələr aparılıb. Görüş zamanı nazir deiyb ki, müvəqqəti saxlanma təcridxanalarının Avropa standartlarına uyğun qurulması istiqamətində lazımi addımlar atılır: ?Nazir bldirdi ki, 3-4 polis şöbəsi üçün yeni binalar tikilib istifadəyə veriləcək. Bundan əlavə, söhbət əsnasında nazir nazir bizim komitə tərəfindən edilən müraciətlər əsasında bir neçə polis əməkdaşını cəzalandırdığını da vurğuladı. Görüşdə nazirliklə komitə arasında əməkdaşlığın gələcək perspektivləri barədə müzakirələr apardıq. Şəxsən mən görüşdən razı qaldım?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA