Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iz Mərkəzində müzavirə keçirilib

img

19-01-2010 [06:08]


Yanvarın 18-də Ədliyyə Nazirliyin Bələdiyyələrlə İş Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bələdiyyələrin birləşməsi ilə əlaqədar yaradılmış komissiyaların sədrləri ilə müşavirə keçirilib. Ədliyyə nazirinin müavini Vilayət Zahirov tədbirdə çıxış edərək, bələdiyyələrin birləşməsi zamanı qarşıya çıxan məsələlərin həlli ilə bağlı komissiyaların qarşısında duran vəzifələrdən danışıb. Qeyd olunub ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə 1651 bələdiyyənin birləşməsi nəticəsində 614 yeni bələdiyyə yaradılıb. Respublikamızda hazırda fəaliyyət göstərən 1718 bələdiyyə üzrə isə ötən ilin dekabrında seçkilər keçirilmiş və 15 min 591 bələdiyyə üzvü seçilib. Bələdiyyələrin birləşməsi zamanı işin səmərəliliyinin artırılması, aşkar edilən qanun pozuntuları, o cümlədən onların vəsaitlərinin istifadə olunması, bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi sahəsində korrupsiya hüquqpozmaları üzrə zəruri tədbirlər vurğulanıb. Bundan əlavə, mülkiyyət ilə bağlı tərtib edilən aktların və qəbul edilən qərarların dürüstlüyünə diqqət yetirilməsinin vacibliyi qeyd edilmiş, müvafiq tövsiyə və tapşırıqlar verilib. Müşavirədə komissiyaların fəaliyyətinin təmin edilməsi ilə bağlı izahlar, digər hüquqi, metodiki tövsiyələr barədə məlumat verilib. Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimovun iştirak etdiyi tədbirdə mövzu ilə bağlı məsələlər ətrafında geniş müzakirə aparılmış, komissiya sədrlərini maraqlandıran suallara aydınlıq gətirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA