Əli Həsənov: "Tələbə yataqxanalarındakı məcburi köçkünlər köçürüləcək"

img

19-01-2010 [03:11]


?Bu ildən başlayaraq, tələbə yataqxanalarındakı qaçqın və məcburi köçkünlər köçürüləcək. Onlar yeni yaradılacaq qəsəbələrə köçürüləcəklər?. Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu barədə məlumat verib. O, qeyd edib ki, bu gün Bakı şəhərində olan 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün, sanatoriya binalarında 2836 ailə yaşayır. ?Maliyyə imkanları çərçəvəsində artıq təkliflərimizi vermişik. Təkliflərə baxılandan sonra maliyyə vəsaitinin müqabilində bu 60 yataqxananın içindən bəzilərini seçəcəyik. Yəqinki işə tələbə yataqxanalarından başlayacağıq?. Əli Həsənov yataqxanalar ilə bağlı təhsil olacaqlarında çox ciddi problemlər olduğunu bildirib. ?Tələbələrin çoxu rayonlarıdan gəlir, hətta xarici tələbələr var ki, onlar yerləşə bilmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA