DSMF-da 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuz tədbir keçirilib

img

19-01-2010 [12:58]


Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov qanlı hadisəni qısa xarakterizə edib, 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi olduğunu deyib. Həmin dövrdə baş verən tarixi prosesləri yada salan S.Müslümov vurğulayıb ki, 20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilib. ?Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, eyni zamanda faciənin günahkarlarının adları açıq şəkildə göstərildi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi? ?, deyə DSMF sədri diiqqətə çatdırıb. S.Müslümov onu da bildirib ki, 20 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. Tədbirdə yaziçi, tanınmış jurnalist Rafiq Səməndər həmin dövrdə 20 Yanvar faciəsində şəhid olmuş şəxslərdən bəhs edən kitab hazırlayarkən əyani şahidi olduğu hadisələrlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra Şuşa Dövlət Musiqli Dram Teatrının gənc aktyorlarının ifasında 20 Yanvar hadisələri ilə əlaqədar kompozisiya nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA