ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına dair iclası keçirilib

img

18-01-2010 [06:32]


Yanvarın 18-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, prezident İlham Əliyev iclasda giriş nitqi ilə çıxış edib. Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ötən il ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə məruzə ediblər. Prezident İ. Əliyev iclasda yekun nitqi söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA