Səməd Seyidov: "Dünya birliyi Azərbaycanın haqq izinə dəstək verməlidir"

img

18-01-2010 [03:30]


?Ermənistan ? Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar öz intensivliyini saxlamaqdadır. Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri bunu təsdiq edir?. Müstəqil Informasiya Agentliyinin xəbərinə görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov həmsədrlərin bölgəyə növbəti səfərini şərh edərkən deyib. Komitə sədri bildirib ki, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsinə çalışır və prosesdə sülh danışıqlarına üstünlük verir. Onun sözlərinə görə, bütün beynəlxalq hüquq norma və prinsipləri Azərbaycanın tərəfindədir. Buna görə də, dünya birliyi Azərbaycanın haqq işinə dəstək verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA