AMiP-dən Müsavat Partiyasının bazqanı isa Qəmbərə sərt ittihamlar

img

18-01-2010 [03:08]


[b]?2003-cü ildə Müsavat Partiyası o razılaşmanı pozmasaydı, bu gün hakimiyyətdə demokratik qüvvələr olardı?[/b] Müsavat Partiyasının başqanı İsa Qəmbərin Məclisin iclasındakı çıxışı müxalif düşərgədə birmənalı qarşılanmayıb. Müxalifətin birliyi ilə bağlı çıxışında ?2003-cü ildə bir neçə özündən deyən partiyalar bloklar yaratdılar, amma hansı nəticəyə nail oldular? deməsi isə o zaman blok yaradan siyasiləri narazı salıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən AMİP mətbuat və infomasiya katibi Əli Orucov deyib ki, 2003-cü ilin də, 1998-ci ilin də uğuru göz qabağındadır: ?98-ci ildə Etibar Məmmədovun qələbəsi nəhəng siyasətçi hesab olunan Heydər Əliyev üzərində idisə, 2003-cü ildə İsa Qəmbərin dediyi uğur siyasətə yeni gəlmiş İlham Əliyevə qarşı idi. Özü də onların əllərində qələbə ilə bağlı fakt da yoxdur. Bu uğuru sübut edəcək rəsmi sənəd də ortaya qoya bilmirlər. Bizim əlimizdə isə 2 mindən çox məntəqənin nəticələri var. Digər bir tərəfdən əgər 2003-cü ildə Müsavat Partiyası o razılaşmanı pozmasaydı, bu gün hakimiyyətdə demokratik qüvvələr olardı. Yəni bütün bu uğursuzluqların başında elə Müsavat Partiyasının və partiyanın rəhbəri İsa Qəmbərin özü dayanır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA