Allahzükür Pazazadə: ?20 yanvar faciəsinin günahkarları Haaqa tribunalına çıxarılmalıdır?

img

18-01-2010 [02:29]


?20 yanvar faciəsinin günahkarları Haaqa tribunalı qarşısına çıxarılmalıdır?. Bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib. ?Biz 20 yanvar hadisələrinin araşdırılması ilə bağlı komitə yaradılmasına çalışırıq və bu komitə faciənin günahkarlarının başda Mixail Qorbaçov olmaqla beynəlxaq tribunala çıxarılmasına nail olmalıdırlar?, deyə Hacı Allahşükür Paşazadə qeyd edib. Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar hadisələrinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilir. Konfransda Azərbaycanın din xadimləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, millət vəkilləri, Azərbaycanın bütün bölgələrindən gələn axundlar, dini icmaların nümayəndələri iştirak edir. Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə nəticəsində 131 nəfər həlak olub. Onlardan 117-si azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi, 3-ü tatar olub. 744 insan yaralanıb, dörd nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-si fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan edilmədiyi rayonlarda (Neftçala, Lənkəran) isə 26 nəfər öldürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA