Azərbaycan Luvr muzeyinə 1 milyon avro ianə verib

img

18-01-2010 [12:52]


Fransanın tanınmış ?Fiqaro? qəzetinin 8 dekabr 2009-cu il buraxılışında 2009-cu il ərzində Fransanın Luvr muzeyinə dünyanın müxtəlif dövlətləri, özəl şirkət və şəxslər tərəfindən edilmiş könüllü ianələr haqqında məlumat dərc olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Luvr muzeyinin İslam incəsənətinə həsr olunmuş yeni guşənin yaradılmasında Fransa xeyriyyəçiləri ilə yanaşı bir sıra müsəlman ölkələri (Mərakeş, Oman, Küveyt), o cümlədən Azərbaycan Respublikası da öz töhfəsini verib. Luvr muzeyindən verilən məlumata əsasən, ölkəmiz tərəfindən ayrılmış bir milyon avro muzeyin xalçalar kolleksiyasının bərpa edilməsinə yönəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA