Hacıbala Abutalıbovdan narazılıq var

img

16-01-2010 [06:14]


Müstəqil İnformasiya Agentliyinə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi-15-də yaşayan Zərniyar Məhərrəmova tərəfindən Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevaya ünvanlanmış şikayət məktubunun sürəti daxil olub. O, Yeni il ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Autalıbovla Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin qanunsuz sərəncamları əsasında Həsən Əliyev küçəsi-15-də aparılan tikinti işlərinin evini qəzalı vəziyyətə salmasından şikayətçidir: ?Cənab Prezident! Hörmətli Mehriban xanım! Çox xahiş edirəm, mənə kömək edin. Hacıbala Abutalıbovla Nəsib Məhəməliyevi rüşvət hesabına ələ alan və adlarını biznesmen qoyanlar yaşadığım evin divarına bitişik ərazidə iri tikinti işləri aparırlar. Onların torpaq sahəsini 3-5 metr dərinliyə qazıb, zirzəmi yaratmağa çalışmaları isə evimizin uçmaq təhlükəsini daha da artırıb. Hazırda evimizin divarları bir neçə yerdən iri çatlar verib. Qorxulusu odur ki, çatlar gündən-günə daha da genişlənir. Ancaq fəryadlarımıza səs verənlər yoxdur. Nəsib Məhəməliyevlə Hacıbala Abutalıbov bizi açıq şəkildə ölümlə üz-üzə qoyublar. Əgər bir faciə yaşanarsa, kim buna cavab verəcək??. Sonda şikayətçi tikintini aparanların təhlükəsizlik qaydalarına əməl edilməyə məcbur edilməsini, həmçinin evinə dəymiş ziyanın aradan qaldırılmasını xahiş edib: ?Çox xahiş edirəm, bu adamları təhlükəsizliyə əməl etməyə məcbur edin. Eyni zamanda, bizi ölümlə üz-üzə qalmaq təhdidlərindən qurtarın??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA