iqtisadi inkizaf Nazirliyi vakant yerlərə izə qəbulla bağlı müsahibə elan edib

img

16-01-2010 [03:00]


İqtisadi İnkişaf Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, müsahibədə İqtisadi İnkişaf Nazirliyində qulluq keçən aşağıdakı dövlət qulluqçuları iştirak edə bilərlər: Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizə (2 nömrəli əlavə); ağ fonlu rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə) təqdim edilməlidir. Ərizələrin qəbulu 18 yanvar 2010-cu il tarixdən 01 fevral 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə yararlığı müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinə müraciət edilə bilər. Telefonlar: 493 88 67 (daxili: 21-45, 21-47, 20-32, 21-46) İnternet sayt : economy.gov.az Elektron poçt : umumi.kadr@economy.gov.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA