Ramil Usubovun rəhbərliyi ilə DiN-in bütün zəxsi heyəti ağacəkmə kampaniyasına qozulub

img

16-01-2010 [12:34]


Daxili İşlər Nazirliyinin şəxsi heyəti ağac əkmə kampaniyasında iştirak edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, daxili işlər orqanları da öz növbəsində ölkənin hər yerində həyata keçirilən ekoloji mühitin tənzimlənməsi kampaniyasına qoşulub. DİN əməkdaşları Yanvarın 16-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 3 hektar sahədə ölkənin iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, Azərbaycan təbiətini təqdim edən üç min ədəd Eldar şamı və zeytun ağacları əkiblər. Bu təşəbbüsə daxili işlər naziri general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in bütün şəxsi heyəti qoşulub. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə əkdikləri hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA