Prezident ilham Əliyev 9 milyonuncu azərbaycanlıya ev və iyirmi min manat verdi

img

15-01-2010 [08:28]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 9 milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında 15 yanvar 2010-cu il tarixidə sərəncam imzalayıb. Sərəncamda 2010-cu il yanvarın 15-də respublikamızın doqquz milyonuncu sakini Əhmədli İlham İslam oğlunun dünyaya gəlməsi ilə Azərbaycanın artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrildiyi qeyd olunur. Prezidentin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının dünyaya gəldiyi ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Əhmədli İlham İslam oğlunun valideynləri Əhmədov İslam İlkin oğlu və Əhmədova Aynur Teymur qızına Bakı şəhərində müvafiq mənzil ayrılmasını təmin etmək tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ölkəmizin doqquz milyonuncu vətəndaşı Əhmədli İlham İslam oğluna iyirmi min manat məbləğində vəsait ayrılıb. Azərbaycan Respublikasının Mərkəzi Bankına Əhmədli İlham İslam oğlunun adına müvafiq hesab açaraq, hər il onun faizlər hesabına artırılmasını və əmanətçi 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin etmək tapşırılıb. Xatırladaq ki, yanvarın 15-də Naxçıvan şəhər Doğum Mərkəzində Babək rayon sakini Aynur Əhmədova Azərbaycanın 9 milyonuncu vətəndaşını dünyaya gətirib. Naxçıvanda dünyaya gələn oğlan uşağının çəkisi 2,9 kiloqram, boyu 49 santimetrdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA