Qubada faciəvi yanğın baz verib, 6 yazlı uzaq tüstüdən boğularaq ölüb

img

15-01-2010 [02:11]


Quba rayonunda faciə ilə nəticələnən yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dünən saat 16.00 radələrində Quba rayonunun Qonaqkənd kəndində, kənd sakini Qırxlar Məmmədova məxsus 2 mərtəbəli evdə yanğın baş verib. Nəticədə 10 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, Q.Məmmədovun oğlu, 2004-cü təvəllüdlü Həsən isə tüstüdən boğularaq ölüb. Verilən məlumata görə, ilkin yoxlama prokurorluq tərəfindən aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA